Afaq Bəşirqızı barədə yeni məlumatlar var Afaq Bəşirqızı barədə yeni məlumatlar var

Əliqismət Lalayev Xalq artistinin yıxılmadığını deyir

Afaq Bəşirqızı barədə yeni məlumatlar var



Xalq artisti, sevimli gülüş ustası Afaq Bəşirqızının səhhəti ilə bağlı yaranan söz-söhbətə Musiqili Komediya Teatrının direktoru Əliqismət Lalayev aydınlıq gətirdi.

Teatrın direktoru Əliqismət Lalayev bildirir ki, tamaşa zamanı Afaq xanımın halının pisləşməsi və hətta bu səbəbdən tamaşada fasilənin yaranması həqiqətə uyğun deyil: ""Yeddi məhbusə anası" 2 hissəli komediyadır və şübhəsiz ki, tamaşa fasilə ilə oynanılır.

Afaq xanım özünü pis hiss etsə belə, tamaşanı sona kimi yüksək sənətkarlıqla oynayıb. Hətta səhnədə onunla şəkillər də çəkdirənlər olub. Lakin tamaşadan sonra aktrisanın vəziyyəti dəyişib və bu səbəbdən xəstəxanaya yerləşdirilib.

Ə.Lalayev eyni zamanda, Afaq xanımın səhhəti ilə maraqlı olan hər bir kəsə - teatrsevərlərə, Neftçilər xəstəxanasının bütün əməkdaşlarına və xəstəxananın baş həkimi Leyla xanım Seyidbəyovaya teatr kollektivi adından bir daha minnətdarlığını bildirib.

Bahar
AzNews.az