Arzu Rzayev filmə çəkilir

"Moy Alen Delon!"... Vasif İsmayılzadə bu adda tammetrajlı film çəkir. "Media Master Produstion"ın dəstəyi ilə ərsəyə gələcək filmin rejissoru Sain Qəhrəman, operatoru Hakim Ağayev, montajçısı Fərəc Süleymanovdur.

Qeyd edək ki, ssenari bütünlüklə Alen Delon ləqəbli Canbala Canbalayevanın başına gələn maraqlı macəralar üzərində yazılıb.

Filmdə tanınmış estrada müğənnisi Arzu Rzayev, "Space" TV-nin aparıcısı Fərid Rzayev, aktrisa Zülfiyyə Eldarqızı, "Azər-star 2006" mahnı müsabiqəsinin iştirakçısı Şəbnəm Rəsulova, Emil Muradlı, Opera və Balet Teatrının aktyoru Elşad Məmmədov və başqaları rol alıb.

Onu da bildirək ki, bi film 2013-cü ildə təqdim olunacaq.
Müğənni Arzu Rzayev AzNews.az-a bildirdi ki, bu filmə təmənnasız çəkilir: "Vasif dəvət etdi, mən də çəkildim. Qarşılığını da istəmirəm. Təki film yaxşı alınsın".

Bahar
AzNews.az