Yalçın Rzazadə: “Səhnəmizdə abır-həya qalmayıb”

Xalq artisti Yalçın Rzazadə müğənnilərin əksəriyyətinin səhnə mədəniyyətindən giləylənib. AzNews.az-a danışan Y.Rzazadə bildirib ki, müğənnilər arasında səhnə mədəniyyəti zamana görə təyin olunur: "Bizim zamanda fəaliyyət göstərən müğənnilərlə, bu gün fəaliyyət göstərən müğənnilər arasında xeyli fərq var. Bu gün müğənnilərin əksəriyyəti çılpaq vəziyyətdə səhnəyə çıxır. Artıq dünyada həya-abır qalmayıb. Sənətkar kimi, mən bunu qəbul etmirəm".

O, qadın müğənnilərlə yanaşı, kişi müğənniləri də tənqid edib: "Cavan oğlanlar sinəsi açıq səhnəyə çıxırlar. Hərəkətləri də normal deyil. Çünki həmin hərəkətlər kişiyə layiq deyil. Qızlarımız da Avropaya meyl edirlər, çılpaq olurlar. Bizdə sırf çılpaq müğənni olmasa da, ümumiyyətlə, geyim tərzi, səhnə mədəniyyəti cılızlaşıb".

Fuad Mədətov
AzNews.az