İrəvan Teatrı rayonları gəzir

İrəvan Dövlət Azərbaycan Dram Teatrı qastrol səfərindədir. Bunu AzNews.az-a teatrın direktoru İftixar Piriyev bildirdi: "Teatrın 131-ci mövsümünün açılış mərasimi sentyabrın 24-də baş tutdu. Bu gün Kürdəmir, Gədəbəy, Göygöl, sentyabrın 28-də Goranboy, Ağdaş, 29-da isə İsmayıllıda olacağıq. Biz bu rayonlarda Hidayətin "Vətəndən ağırdır, vətənin dərdi" adlı tamaşa ilə çıxış edəcəyik".

Direktorun sözlərinə görə, teatrın daha bir səfəri oktyabr ayında baş tutacaq: "Oktyabrın 17-də isə yenidən Qax və Balakənə gedəcəyik. Orada teatrsevərlər qarşısında daha bir əsər-İftixarın "İşıqlı-nurlu sabah" adlı tamasası ilə çıxış edəcəyik".

Bahar
AzNews.az