06:43
(077) 610-22-33

Mətanət Əsədova Zöhrə Abdullayevanı ölümlə hədələdi

  • >
2 231 27 Sentyabr 2012 14:22 | Mədəniyyət

“Bunlar gedib burunlarını mənim toyuma soxurlar”



Xəbər verildiyi kimi, tanınmış müğənni Zöhrə Abdullayeva həmkarı Mətanət Əsədovanı sərt ittiham edib: "O kimdir? Onu bu sənətə ilk dəfə mən gətirmişəm. Rəhmətlik Məmmədbağır Bağırzadədən xahiş etdim, dedim guya mən xəstəyəm, məni əvəz etsin və bu yolla onu ilk dəfə efirə gətirdim. Mənim adımın yanında onun adının hallanmasını istəmirəm. Yerlə göy qədər fərqimiz var. Adımızı bir yerdə çəkməyi hər kəsə qadağan edirəm".

Mətanət Əsədova isə AzNews.az-a açıqlamasında Z.Abdullayevanı "ağ yuyub, qara sərdi": "Mən bu adamı tanımıram. Söhbət bağlanıb. Onlar mənim adımla gündəmə gəlir. Mənsə gündəmə "Kəsmə şikəstə" ilə gəlmişəm. Xalqın sevimlisi olub, sənətkar adını qazanmışam. O, mənim oxumaq janrımdan danışsın. Desin ki, sənin bənzərin yoxdur, ay Mətanət xanım. Bunu de, sizinlə razılaşım. O, bilmir ki, nə etsin, ayıbdır axı. Nə istəyirsən? Sənin adın mənim yadıma düşmür. Nənəm yerindədir, mən boyda nəvəsi var, yekə arvaddı. Ayıbdır, ətim töküldü. Onun başı çatmır. Bir adam ki, 63 yaşında Əməkdar artist adını ala, onun ağılı var? O, mənim tayım deyil. Ölür ki, mən onu dindirim. Mən onu görmək istəmirəm. Yəni, yaşayır o? Tək o, deyil ki... Məni Allah istəsin, onlar kimdir? Onlar Allahın quludur. Mən tədbirlərdə onları görürəm, əlacım kəsilir. Məcbur oluram ki, onlara cavab verəm.

Musiqi aləmində mənə uyğun adam yoxdur. Gəlir üstümə hoppanır, məcbur olub onlara baxıram. Yüz ildə bir dəfə efirə çıxıram. Rədd olsunlar başımdan. Onu istəyir ki, çıxım efirə onu biabır edəm? Onun səviyyəsi yoxdur. Amma mənim səviyyəm var axı, mən bunu qoruyuram. Yekə arvadsan, get nəvələrinlə oyna. Oxumağın yox, vidin yox, danışığın yox, səviyyən yox. Rədd ol da baışımdan. Onu istəyirsən ki, çıxıb onu efirdə deyəm? Mənə xarici görnüşümə, perfomansıma, oxumağıma, o gözəl məlahətli səsimə, şəxsiyyətimə yaraşmır. Mən televiziya işçilərinə hörmətsizlik etmək istəmirəm. Yoxsa, çıxıb onu efirdə biabır edərəm. Söz tapmırsan? Get mahnı yazdır. İş tapmırsan məşğul olmağa? Nə alıbsan bu Mətanəti əlinə.

Başına Mətanət boyda daş düşsün. Gündə o efiri mazol etmisiniz. Mənim varlığım sizi bu qədər öldürür? Yanın, mən sizə cavab verməyəcəm. Bunlar mənim üçün maraqlı deyil. Mənə ancaq Xalq artisti Zeynəb Xanlarovanın sözləri təsir edər. Axı siz kimsiniz? Od tutub yanırlar. Nədir ki, Zeynəb xanım mahnılarını oxumağa mənə icazə verib. Budur onları yandıran. Mən Alim Qasımov, Zeynəb Xanlarova səviyyəsində adamam. Heç birini saymıram. Nə şəxsiyyətləri şəxsiyyətimdir, nə sənətləri sənətim. Əl çəksinlər məndən. Sonra deyirlər ki, Mətanət filankəsi döydü. Dilini dinc saxla ki, döyülməyəsən. Döyərəm, canın da alaram. Sən kimsən? Tək Zöhrə Abdullayeva deyil. Bunlar gedib burunlarını mənim toyuma soxurlar. Toy sahibləri də onların səslərini yazdırıb mənə verirlər. Adamlığınız olsun. Məni görəndə yalandan əlinizə "hacı şakir" sabununu alırsınız. Amma daldada məni baltalayırsınız, üz-üzə gəlməyə isə qorxursunuz. Bilirsiniz ki, sizi öldürərəm. Heç olmasa yaxşı bir adam üstündə türmədə yatım"

Bahar
AzNews.az
Bağla X