Lalə Məmmədova yenidən “Leyli” rolunda

Əməkdar artist Lalə Məmmədova noyabr ayında yenidən Opera və Balet Teatrının səhnəsinə çıxacaq. Bunu AzNews.az-a müğənninin özü dedi: "Opera və Balet Teatrının noyabr repertuarında "Leyli və Məcnun" tamaşasında yenidən səhnəyə çıxacam. Bu dəfə də Məcnun rolunda Səbuhi İbayev oynayacaq".

Qeyd edəki, L.Məmmədova hazırda yeni bir albom üzərində işləyir: "Sərab gətir, saqi" adlı albom 10 günə kimi tamaşaçıların ixtiyarında olacaq. Albomda ötən illərin, filmlərin mahnıları yer alıb.

Orada mərhum bəstəkar Tofiq Quliyevin əsərləri daha geniş yer alıb. Bundan başqa, ilin sonuna kimi daha üç mahnıya klip çəkdirəcəm".

Bahar Rüstəmli
AzNews.az