03:30
(077) 610-22-33

Yazıçılar Birliyi islahatlar aparmağı tələb edir

  • >
549 29 Sentyabr 2012 11:50 | Mədəniyyət

Tənqidçi Əsəd Cahangir müsahibəsində Azərbaycan Yazıçılar Birliyində kadr islahatlarının aparılmasına ehtiyac olduğunu bildirib: "Təbii, təkcə bir qəzetdə yox, Azərbaycan Yazıçılar Birliyinin bir çox orqanlarında kadr islahatları getməlidir. Hər şey kadr islahatlarından başlayır... Mətbuatı və ədəbiyyatı müasir rakursdan görən və yaradan gənc kadrlar işə gəlməlidir. Buradakı rəhbər vəzifələrdə çalışan adamlar hər biri təxminən on beş ildən artıqdır orda yer tutur. Su da bir yerdə qalanda iylənir".

Yazıçılar Birliyinin Dramaturgiya şöbəsinin müdiri, yazıçı-dramaturq Firuz Mustafa AzNews.az-a açıqlamasında "Ədəbiyyat" qəzetinin istənilən səviyyədə olmadığını dedi: "Bəli, "Ədəbiyyat" qəzetində islahatlar aparılmalıdır. Qəzet istənilən səviyyədə çıxmır. Düzdür, hərdən yaxşı məqalələr də yer alır. Amma yenə də ədəbi mühiti qane dən səviyyə yoxdur. Bunu sübut etməyə ehtiyac da yoxdur. Bu qəzetin tirajından da aydın görünür".

F.Mustafa Ə.Cahangirin bəzi fikirləri ilə qətiyyən razılaşmadı: "Məncə bu, yaşla və vəzifə ilə deyil. Yazıçılar Birliyində istedadlı adamlar yığışmalıdır. Əsas şərt istedaddır. Elə gənc var ki, deyir "məndən yoxdur". Amma söhbət edəndə görürsən ki, onun dərin bilikləri yox səviyyəsindədir. Belə adam Yazıçılar Birliyində nə post tutacaq?"

Bahar Rüstəmli
AzNews.az
Bağla X