Bu gün Beynəlxalq Mətbuat Mərkəzində türk sənətçisi Oya Ergünün “Sevgilim” adlı albomumun və həmin mahnıya çəkilən klipin təqdimat mərasimi keçirilib. Bu gün Beynəlxalq Mətbuat Mərkəzində türk sənətçisi Oya Ergünün “Sevgilim” adlı albomumun və həmin mahnıya çəkilən klipin təqdimat mərasimi keçirilib.

Beynəlxalq Qadınlar gününə “Sevgilim” hədiyyəsi

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində türk sənətçisi Oya Ergünün “Sevgilim” adlı albomumun və həmin mahnıya çəkilən klipin təqdimat mərasimi keçirilib.



AzNews.az xəbər verir ki, mərasimi sənətçi Oya Ergün açaraq gələn qonaqları salamlayıb. Bildirib ki, "Sevgilim" albomu və həmin mahnıya çəkilən klip Rəşid Behbudovun anadan olmasının 100 illiyinə və 8 mart Beynəlxalq Qadınlar gününə bir hədiyyədir: "Mən Rəşid Behbudov səsinin və yaradıcılığının heyranıyam. Onun repertuarında elə bir mahnı yoxdur ki, mən onu bilməyəm. Uşaqlıqdan onun yaradıcılığını izləyirəm. Behbudov yaradıcılığında sevdiyim janr klassika və həmin klassikanın xalq üslubunda səslənməsidir. "Sevgilim" adlı albomda da sənətkarın bir neçə sevilən mahnısı yer alıb. Mən bu münasibətlə sabah Rəşid Behbudov adına Mahnı Teatrında bir saatlıq konsert proqramı ilə çıxış edəcəm".

O.Ergün əlavə edib ki, konsertdə onunla yanaşı Azərbaycanın sevilən sənətçiləri Ülvü Qılınc və Rəşad İlyasov da iştirak edəcək: "8 nəfərlik bir orkestin müşayiət edəcəyi konsertdə Rəşid Behbudovun mahnıları ilə yanaşı türk və italyan musiqilərinə də yer ayrılacaq".

Tədbirin informasiya dəstəyi olan "Kaspi" qəzetinin baş redaktoru İlham Quliyev isə çıxışında Oya Ergünün Azərbaycanı sevdiyini və onun Avropada keçirdiyi konsertlərdə Azərbaycan musiqisini təbliğ etdiyini bildirib.

Mərasimin sonunda Alı Fərhadın rejissoru və ideya müəllifi olduğu "Sevgilim" klipi qonaqlara nümayiş olunub.

Qeyd edək ki, "Sevgilim" mahnısı dünya şöhrətli sənətkar Rəşid Behbudovun repertuarına məxsusdur.

Bahar RÜSTƏMLİ
AzNews.az
image description