17:26
(077) 610-22-33

Teatrdan daha bir istefa - Açıqlama

  • >
4 941 11 Mart 2015 11:01 | Mədəniyyət

Azərbaycan Dövlət Musiqili Teatrının daha bir işçisi istefa verib.



Teatrın Orkestr Truppasının üzvü Səbinə Axundova ərizə yazaraq işdən ayrılıb.

Bu barədə AzNews.az-a S.Axundova özü məlumat verib. Onun sözlərinə görə, özü ərizə yazmasaydı belə, onu teatrdan çıxacaqdılar: "Xəzər Universitetinin Mahnı və Rəqs Ansamblı ilə birlikdə martın 11-də Türkiyəyə səfərə getməliyəm. Orada bir neçə şəhərdə konsertlər təşkil olunacaq və biz də Azərbaycanı təmsil edəcəyik. Lakin teatrın direktoru Əliqismət Lalayev icazə vermir. Bizə deyiblər ki, kim o səfərə gedəcəksə, ümumiyyətlə ölkəni tərk edəcəksə, ərizəsini yazsın işdən çıxsın. Əks halda özümüz çıxaracağıq".

S. Axundova Xəzər Universitetinin rektoru Hamlet İsaxanlının Əliqismət Lalayevin adına icazə məktubu yazdığını, lakin direktorun yenə də icazə vermədiyini deyir.

Qeyd edək ki, Azərbaycan Dövlət Musiqili Teatrının solist-vokalisti vəzifəsində çalışan Elvin Əliyev də bir neçə gün əvvəl səbəbdən istefa verib.
Bağla X