02:53
(077) 610-22-33

Xarici universitetlərdə Azərbaycanla bağlı fənn tədris olunacaq

  • >
2 146 12 Mart 2015 17:03 | Mədəniyyət

7 xarici ölkə universitetlərində “Azərbaycan Multikulturalizmi” fənni tədris olunmağa başlayıb.



Bakı Beynəlxalq Multikulturalizm Mərkəzindən AzNews.az-a verilən məlumata görə, Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayevin təşəbbüsü ilə yaradılmış fənn Müqəddəs Kliment Oxridski adına Sofiya Universiteti, İvan Cavaxişvili adına Tbilisi Dövlət Universiteti, Ural Federal Universitetinin Yekaterinburq filialı (Yekaterinburq, Rusiya Federasiyası), Litva Pedaqoji Universiteti, Praqa Karlov Universiteti (Çexiya Respublikası), Roma Sapienza Universiteti (İtaliya) və Belarus Dövlət Universitetlərinin tədris proqramına salınıb.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinə "Azərbaycan Multikulturalizmi" fənninin tədris olunması ilə bağlı rəsmi müraciətlərə əsasən növbəti tədris ilinin I semestrində dərslərə başlamaq üçün Vürsburq Universiteti (Almaniya Federativ Respublikası), Frayburq Universiteti (İsveçrə Konfederasiyası), Sakarya Universiteti (Türkiyə Cümhuriyyəti), Doğu Akdeniz Universiteti (Şimali Kipr Türk Respublikası), Lutsk Milli Texniki Universiteti (Ukrayna Respublikası) öz rəsmi müraciətlərini göndərib. Hazırda Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Vatikan Sileza Universiteti (İtaliya Respublikası), Auqsburq Universiteti (Almaniya Federativ Respublikası) və İNALCO Universiteti (Dövlət Şərq Dilləri və Sivilizasiyaları İnstitutu, Fransa Respublikası) ilə bu istiqamətdə danışıqlar aparır.

Xatırladaq ki, "Multikulturalizmə Giriş" və "Azərbaycan Multikulturalizmi" fənləri paralel olaraq ölkəmizdəki ali təhsil ocaqlarının (Azərbaycan İqtisad Universiteti, Bakı Ali Neft Məktəbi, Bakı Slavyan Universiteti, Gəncə Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti, Lənkəran Dövlət Universiteti və Azərbaycan Texniki Universiteti) bakalavr və magistr pillələrində də tədris edilməyə başlanılıb.
Bağla X