Mingəçevir Dövlət Dram Teatrının direktoru Səxavət Məmmədovla teatrın sabiq aktyoru İbrahim Salamov arasında yaranan qalmaqal məhkəməyə qədər uzanıb. Mingəçevir Dövlət Dram Teatrının direktoru Səxavət Məmmədovla teatrın sabiq aktyoru İbrahim Salamov arasında yaranan qalmaqal məhkəməyə qədər uzanıb.

Direktor aktyordan 100 min tələb edir – Məhkəmə

Mingəçevir Dövlət Dram Teatrının direktoru Səxavət Məmmədovla teatrın sabiq aktyoru İbrahim Salamov arasında yaranan qalmaqal məhkəməyə qədər uzanıb.


İbrahim Salamovun iddiası əsasında başlayan məhkəmə prosesi başa çatmamış direktor Səxavət Məmmədov aktyoru qarşılıqlı iddia ilə məhkəməyə verib.

İbrahim Salamov AzNews.az-a bu faktı təsdiq edib və bildirib ki, direktor bu addımı onu susdurmaq üçün atıb: "O, məhkəməyə müraciətimdən çəkinir, saytlara verdiyim müsahibələrdən qorxurdu. Buna görə də məni məhkəməyə verdi, üstəlik 100 min manat təzminat da tələb edir. Restorandan gətirilən bu direktor hələ haqqın nə demək olduğunu anlamır. Bu hoqqalarla məni iddiamdan geri çəkilməyə vadar etmək istəyən aciz rəhbərlik bilməlidir ki, olanı yazmaq şərəf və ləyaqətə, dırnaqarası işgüzarlığına xələl yox, doğrunu bildirməkdir".

İ.Salamov qeyd edib ki, aktyoru xəlvəti işdən qovmaq, ona nahaq töhmətlər vermək teatr sənətinə hörmətsizlikdir: "Hansı rəsmilərin onun qohumu, adamı olmalarına baxmayaraq, mən sonuna kimi haqqımı tələb edəcəyəm...".

Qeyd edək ki, Mingəçevir Dövlət Dram Teatrının direktoru Səxavət Məmmədov aktyor İbrahim Salamovu işdə yol verdiyi nöqsanlara, nizam-intizama əməl etmədiyinə görə teatrdan çıxarıb. Bunu haqsızlıq kimi hesab edən teatrın bir qrup aktyoru isə direktora işdən çıxmaqla bağlı ərizə yazıb.

Redaksiyadan: Qarşı tərəfin cavab haqqını tanıyırıq.

Bahar RÜSTƏMLİ
AzNews.az