07:18
(077) 610-22-33

Sami Yusifin konsertinə gedənlərin nəzərinə: “Bu yerlərə bilet yoxdur”

  • >
2 703 13 Mart 2015 13:11 | Mədəniyyət

Dünya şöhrətli azərbaycanlı müğənni Sami Yusifin “Sarı gəlin” adlı konsert proqramının biletlərinin qiyməti 50-250 manat arasında dəyişir.



Bu barədə məlumat AzNews.az-a Heydər Əliyev Sarayından verilib.

Sarayın bilet satışı kassasından onu da bildiribilər ki, martın 14-15-nə nəzərdə tutulan konsert proqramına biletlərin satışı davam edir:
"İlk öncə qiymətlər 20-250 manat arasında idi. Artıq 20-30 manata olan yerlər qurtarıb. Hazırda isə 50-250 manata olan yerlərin biletləri satışdadır. Demək olar ki, bu biletlərin də satışı yaxşı gedir."

Qeyd edək ki, Sami Yusif Heydər Əliyev Sarayında "Sarı Gəlin" adlı 2 günlük konsert proqramında 19 mahnı səsləndirəcək.

Bahar RÜSTƏMLİ
AzNews.az
Bağla X