12:02
(077) 610-22-33

Milli Dram Teatrından daha bir nəfəri işdən çıxartdılar

  • >
3 547 17 Mart 2015 11:50 | Mədəniyyət

Akademik Milli Dram Teatrından daha bir nəfər işdən çıxarılıb.


Bu haqda məlumat AzNews.az-a teatrdan verilib.

Məlumatda deyilir ki, teatrın direktoru İsrafil İsrafilov aktyor Elçin Əhmədovun teatrda tərcümə şöbəsində çalışan nişanlısı G. Mirzəyevanı işdən çıxarıb.

Buna səbəb E.Əhmədovun sözügedən teatrla bağlı mətbuata müsahibəsi olub.

"Dünən mühasibat şöbəsindən qıza zəng edərək "Gəlin ərizənizi dəyişin. Biz sizi müqaviləyə keçirdirik. Bundan sonra müqavilə yolu ilə işləyəcəksiniz" sözlərini deyiblər. O isə bunun səbəbini soruşduqda "Direktor belə göstəriş verib" cavabını veriblər. İngilis, fransız, ispan və rus dillərində peşəkar tərcümə edən bir nəfəri bu şəkildə işindən uzaqlaşdırdılar", - deyə teatrdan bildiriblər.
Bağla X