“Qanun” nəşrlər evi yeni tərcümə kitablarını satışa çıxarıb. “Qanun” nəşrlər evi yeni tərcümə kitablarını satışa çıxarıb.

50 milyon satılan kitab - Azərbaycan dilində satışda

“Qanun” nəşrlər evi yeni tərcümə kitablarını satışa çıxarıb.

AzNews.az xəbər verir ki, onlar Con Qreyin "Kişilər Marsdan, qadınlar Veneradandır" Nəcib Məhfuzun "Yol" kitablarıdır.

Con Qreyin dünyanın 40 müxtəlif dilinə tərcümə olunmuş "Kişilər Marsdan, qadınlar Veneradandır" kitabı qadın kişi münasibətlərindəki problemlərin bu iki cinsin müxtəlif planetlərdən olması ilə izah edir. Qadın kişi münasibətləri mövzusunda ən çox oxunan kitablardan biri hesab olunur.



Con Qrey cinslər arasındakı fərqləri dərindən araşdırıb sağlam sevgi münasibətləri qurmaqda sizə yol göstərən praktik bələdçidir.

50 milyondan çox tirajla satılan bu kitab 1990-cı illərdə bestseller olaraq 121 həftə öz birinciliyini qoruyub.

Tərcümə Aysel Əhmədovaya aiddir.


Nəcib Məhfuz Nobel Mükafatı qazanmış ilk müsəlman yazardır. Yaxın şərqin Balzakı adlandırılır, Misirin ən çox söz edilən və oxunan yazarıdır.



"Yol" romanında Nəcib Məhfuz baş qəhrəmanı Sabiri iki yol – iki seçim qarşısında qoyur. Anasının vəfatından sonra Sabir heç vaxt görmədiyi atası zəngin və aristokrat Səid ər-Rəhimini axtarmağa başlayır. Həmişə anasının himayəsində rahat həyat yaşamış, heç bir sənəti, bacarığı olmayan Sabir yeganə çıxış yolunu zəngin atasını tapmaqda görür. Əvvəlcə İsgəndəriyyədə, daha sonra Qahirədə davam edən axtarışlar heç bir nəticə vermir. Bu axtarışlar ərzində tale Sabiri iki qadınla qarşılaşdırır. Bu iki qadının timsalında yazıçı qəhrəmanını iki seçim qarşısında qoyur – ya yeni bir həyata başlamaq, ya da cinayətə əl atmaq. Oxucu əsər boyu bu iki yol arasında gedib-gələn Sabirin daxili çəkişmələrinin, çəkdiyi iztirablarının, peşmançılığının şahidi olur.