Mayın 11-də Bakı Uşaq Teatrının direktoru, bədii rəhbəri, aktyor, rejissor İntiqam Soltanın 50 yaşı tamam olur. Mayın 11-də Bakı Uşaq Teatrının direktoru, bədii rəhbəri, aktyor, rejissor İntiqam Soltanın 50 yaşı tamam olur.

Tanınmış rejissorun kitabı çıxdı - “Və s. Və s. Və s”

Mayın 11-də Bakı Uşaq Teatrının direktoru, bədii rəhbəri, aktyor, rejissor İntiqam Soltanın 50 yaşı tamam olur.


Teatrdan AzNews.az-a verilən məlumata görə, bu münasibətlə Bakı Uşaq Teatrının kollektivi mayın 6-da Teatr Xadimləri İttifaqının tamaşa zalında yubiley tədbiri keçirəcək.

Yubiley tədbirinə ölkənin bütün teatr ictimaiyyəti, teatrsevərlər, KİV təmsilçiləri, müxtəlif dövlət qurumlarının və xarici təşkilatların nümayəndələri də dəvət olunub.

Tədbirdə yubilyarın "Və s. Və s. Və s." kitabının və Bakı Uşaq Teatrının təqdimatı olacaq. Bu İntiqam Soltanın sayca ikinci kitabıdır. Bundan əvvəl isə "Səndən xəbərsiz" adlı kitabı 2014-cü il may ayında işıq üzü görüb.

"Və s. Və s. Və s." kitabında İntiqam Soltanın əsasən cəmiyyətdə rast gəlinən nöqsanlara qarşı qırmanclayıcı münasibətini əks etdirən hekayələri, felyetonları, müşahidələri və s. yer alıb.

Qeyd edək ki, İntiqam Soltan Mədəniyyət və İncəsənət Universitetini bitirdikdən sonra Azərbaycan Dövlət İrəvan Dram Teatrında və Dövlət Gənclər Teatrında aktyor kimi çalışıb. Aktyor kimi o, teatrla yanaşı bir sıra filmlərdə, seriallarda rol alıb.

İ.Soltan rejissor kimi 100-lərlə tamaşaya quruluş verib. Azərbaycanda və onun hüdudlarından kənarlarda öz tamaşaları ilə tanınıb.

Bahar RÜSTƏMLİ
AzNews.az