Xalq artisti, dünya şöhrətli muğam ifaçısı Alim Qasımovun I Avropa Oyunları ərəfəsində Bakıda möhtəşəm konserti təşkil olunacaq. Xalq artisti, dünya şöhrətli muğam ifaçısı Alim Qasımovun I Avropa Oyunları ərəfəsində Bakıda möhtəşəm konserti təşkil olunacaq.

Alim Qasımov Avropa Oyunları layihəsində - Açıqlama

Xalq artisti, dünya şöhrətli muğam ifaçısı Alim Qasımovun I Avropa Oyunları ərəfəsində Bakıda möhtəşəm konserti təşkil olunacaq.


Bu barədə AzNews.az-a ifaçının özü məlumat verib.

Onun sözlərinə görə, konsert Muğam Mərkəzində baş tutacaq.

"Konsert vermək üçün hazırlıqlar gedir, amma onun vaxt keçiriləcəyi dəqiqləşməyib. Bilirik ki, I Avropa Oyunları ərəfəsində Azərbaycana çoxlu turistlər gələcək. Onlar bizim ifamızı öz səhnələrində dinləyiblər, qoy bu dəfə də Azərbaycan səhnəsində dinləsinlər",- deyə Alim Qasımov əlavə edib.

Bahar RÜSTƏMLİ
AzNews.az