Uluslararası Aktivist Sanatçılar Birliyinin Azərbaycan təmsilçisi, Azərbaycan Rəssamlar İttifaqının üzvü Nəvai Metin mayın 18-də Bakının Binəqədi rayonunun Azadlıq prospektində baş yerən yanğın hadisəsini əsər halında işləyəcək. Uluslararası Aktivist Sanatçılar Birliyinin Azərbaycan təmsilçisi, Azərbaycan Rəssamlar İttifaqının üzvü Nəvai Metin mayın 18-də Bakının Binəqədi rayonunun Azadlıq prospektində baş yerən yanğın hadisəsini əsər halında işləyəcək.

Azərbaycanlı rəssamdan yanğınla bağlı əsər – “Faciədən kənarda qala bilmərik”

Uluslararası Aktivist Sanatçılar Birliyinin Azərbaycan təmsilçisi, Azərbaycan Rəssamlar İttifaqının üzvü Nəvai Metin mayın 18-də Bakının Binəqədi rayonunun Azadlıq prospektində baş yerən yanğın hadisəsini əsər halında işləyəcək.


Bu barədə AzNews.az-a rəssamın özü məlumat verib.

Onun sözlərinə görə, hər bir incəsənət, mədəniyyət, təbii ki, özünü bu millətin layiqli üzvü bilən sənət adamları bu faciənin təsirindən kənarda qala bilməz: "Hər bir sənətkar ilk növbədə vətəndaşdır. Yəni olkədə baş verən hadisələrə ilk sənət adamları müraciət etməlidir. İstər xoş, istərsə də bədbəxt hadisələr olsun, əsas odur ki, hadisə fircaya köçsün. Bir nəfərin ölümü faciədir, 15 nəfərin ölümünu isə bilmirəm necə adlandırmaq olar. Bir də ayrıca kiminsə məsuliyyətsizliyi ücbatından baş verirsə, bu, daha dəhşətdir".

Rəssam deyib ki, yanan bina ilə bağlı düşündüyü əsərə başlamaq üçün mütləq hadisədən bir az vaxt keçməlidir: "Çünki uzaqdan baxanda dağ tam görünür".

Bahar RÜSTƏMLİ
AzNews.az