Britaniyada çıxan “The Guardian” qəzetində dərc olunmuş bir məqalədə diqqət builki Eurovision yarışındakı mahnıların sözlərinə yönəldilir. Britaniyada çıxan “The Guardian” qəzetində dərc olunmuş bir məqalədə diqqət builki Eurovision yarışındakı mahnıların sözlərinə yönəldilir.

Eurovision mahnılarındakı - Gizli mesajlar

Britaniyada çıxan “The Guardian” qəzetində dərc olunmuş bir məqalədə diqqət builki Eurovision yarışındakı mahnıların sözlərinə yönəldilir.


AzNews.az xəbər verir ki, bu haqda məlumatı BBC telekanalı yayıb.

Bella Qvistin yazdığı məqalədə qeyd olunur ki, Eurovision mahnı yarışı "əyləncə müsabiqəsi" hesab edildiyindən burada kəskin siyasi mesajların səsləndirilməsinə icazə verilmir.

Lakin müəllif yazır ki, buna baxmayaraq, bu yarışdakı mahnılar adətən müəyyən siyasi mesajların daşıyıcısı olur.

Məsələn, Ermənistan təmsilçisi "Geneology" qrupunun "sülh, birlik və sevgi" məzmunlu "Face the Shadow – Kölgəylə üzləş" mahnısının videosunda "İnkar etmə" sözləri tez-tez təkrarlanır və getdikcə boşalan ailə portreti görünür.

Belə başa düşmək olar ki, "İnkar etmə" çağırışı məhz 1915-ci il hadisələri barədə verilən üstüörtülü mesajdır.

"The Guardian"ın məqaləsində Yunanıstanın mahnısına da diqqət çəkilir və belə bir sual edilir: "Bu mahnı görəsən avroya əlvidadırmı?".

Bir boşanmadan bəhs edən bu mahnıya sanki ölkənin hazırkı durumu ilə səsləşən "One Last Breath - Son Bir Nəfəs" adı seçilib.

Mahnıda "geri dön və məni qurtar" deyilir.

Məqaləyə görə siyasi yük daşıyan başqa bir mahnı Rumıniyaya aiddir.
"All Over Again- Bir daha yenidən" mahnısının mövzusu pul qazanmaq üçün xaricə gedənlərin evdə qalan uşaqlarına həsr olunub.