10:20
(077) 610-22-33

Əli Usubovun 80 illiyi qeyd olunacaq

  • >
3 321 1 Oktyabr 2015 17:50 | Mədəniyyət

Əməkdar incəsənət xadimi Əli Usubovun 80 illik yubileyi qeyd olunacaq.



Musiqili Teatrın Mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, bu məqsədlə rejissorun quruluş verdiyi "Qafqazlı qardaşqızı" operettası nümayiş olunacaq. Yubiley 4 oktyabrda baş tutacaq.

Qeyd edək ki, Əli Usubov 50-yə yaxın opera və operettaya quruluş verib.

O, 1935-ci ildə Gəncə şəhərində anadan olub. 1961-65-ci illərdə Ü. Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının vokal fakültəsində, 1965-70-ci illərdə isə N.A. Rimski-Korsanov adına Leninqrad Dövlət Konservatoriyasında musiqili teatr rejissorluğu fakültəsində Rusyanın Xalq artisti, professor Roman Tixomirovun sinfində təhsil alıb. Təhsilini başa vurduqdan sonra Azərbaycan Dövlət Opera və Balet Teatrında quruluşçu-rejissor, baş rejissor, Respublika Sarayında baş rejissor, Azkonsertdə bədii rəhbər, Omsk Dövlət Musiqili Teatrında baş rejissor vəzifələrində çalışıb.

Dahi bəstəkar Üzeyir Hacıbəylinin "Arşın mal alan" operettasının ilk quruluşunun 100 illiyi ilə əlaqədar TÜRKSOY-un sifarişi ilə bu əsərə rejissorluq edib. Ə. Usubovun quruluşunda "Arşın mal alan" beynəlxalq layihə çərçivəsində Paris, Strasburla yanaşı, bir sıra MDB dövlətlərinin şəhərlərində də nümayiş olunub.

AzNews.az
Top xəbərlər
Bağla X