Xəbər verdiyimiz kimi, Xalq artisti Xəyyam Mirzəzadə dünən Prezident İlham Əliyev tərəfindən “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif olunub. Xəbər verdiyimiz kimi, Xalq artisti Xəyyam Mirzəzadə dünən Prezident İlham Əliyev tərəfindən “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif olunub.

Xalq artisti: “Prezidentin mükafatı məndə ruh yüksəkliyi yaratdı”

Xəbər verdiyimiz kimi, Xalq artisti Xəyyam Mirzəzadə dünən Prezident İlham Əliyev tərəfindən “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif olunub.

O, Azərbaycan musiqisinin təbliğində və musiqiçi kadrların hazırlanmasındakı xidmətlərinə görə mükafatlandırılıb.

Xalq artisti AzNews.az-a açıqlamasında bildirib ki, bu mükafat onda ruh yüksəkliyi yaradıb: "Dövlətin sənət adamlarına göstərdiyi qayğı və diqqət onun yaradıcılığında mühüm rol oynayır. Mükafatlarımın sayı çoxdur. Onların siyahısına daha biri də əlavə olundu. Əməyimiz mükafatlandırılanda istər-istəməz ruh yüksəkliyi yaranır".

Bahar RÜSTƏMLİ
AzNews.az