- Köhnə - Mədəniyyət
- 9 Oktyabr 2015 10:35
- 2 768
Azərbaycanlı yazıçı Rusiya Yazıçılar İttifaqına üzv ola bilər
Azərbaycan Yazıçılar İttifaqının Dramaturgiya şöbəsinin rəhbəri, yazıçı-dramaturq Firuz Mustafa Rusiya Yazıçılar İttifaqına üzv ola bilər.
Bu barədə AzNews.az-a onun özü məlumat verib. F.Mustafanın sözlərinə görə, sözü gedən qurumdan ona məktub gəlib: "Məktubda mənə təklif ediblər ki, Rusiya Yazıçılar İttifaqının üzvü olum. Bu il Rusiyanın məşhur "proza.ru" saytı məni "2015-ci ilin yazıçısı" elan edib. Mən Rusiyanın siyasətini bəyənməsəm də rus ədəbiyyatını çox sevir və təbliğ edirəm. Təklif üzərində düşünəcəyəm".
Bahar RÜSTƏMLİ
AzNews.az