Türkiyədə PKK-lılarla döyüşdə 6 əsgər şəhid olub. Türkiyədə PKK-lılarla döyüşdə 6 əsgər şəhid olub.

Türkiyədə helikopter qəzası – PKK ilə mübarizədə 8 ölü, 8 yaralı

Türkiyədə PKK-lılarla döyüşdə 6 əsgər şəhid olub.


AzNews.az yerli KİV-lərə istinadən xəbər verir ki, Hakkarinin Çukurca qəsəbəsi ərazisində terrorçularla baş verən döyüşdə 6 əsgər şəhid olub, 8 əsgər isə yaralanıb. Terrorçularla mübarizə üçün bölgəyə göndərilən "Kobra" helikopterinin də qəzaya uğraması nəticəsində 2 pilot həlak olub.

Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı məlumatı təsdiqləyib. "Terrorçuların zərərsizləşdirilməsi məqsədilə, bölgəyə F-16 təyyarəsi, döyüş vertolyotu, piotsuz uçuş aparatı və canlı qüvvələr cəlb edilib. İndiyə qədər altı terrorçu məhv edilib. Əməliyyatlar davam edir", -deyə gərargahın açıqlamasında bildirilir.

Aydan AXUNDOVA