Apreldə Ermənistanla silahlı qarşıdurmada şəhid olmuş Azərbaycan ordusunun hərbçisi Adil Adilzadə “Vətən uğrunda döyüşlərdə fərqləndiyinə görə” medalı ilə təltif olunub. Apreldə Ermənistanla silahlı qarşıdurmada şəhid olmuş Azərbaycan ordusunun hərbçisi Adil Adilzadə “Vətən uğrunda döyüşlərdə fərqləndiyinə görə” medalı ilə təltif olunub.

17 erməni öldürən şəhidimizin medalı atasına verildi - Foto

Apreldə Ermənistanla silahlı qarşıdurmada şəhid olmuş Azərbaycan ordusunun hərbçisi Adil Adilzadə “Vətən uğrunda döyüşlərdə fərqləndiyinə görə” medalı ilə təltif olunub.


Medal şəhidimizin atasına hərbi xidmətdə olduğu N saylı Hərbi Hissənin komandanlığı tərəfindən verilib. Təqdimat mərasimi Mingəçevir şəhər Heydər Əliyev adına Mərkəzdə keçirilib. Xatırladaq ki, 1993-cü ilin aprelin 17-də Mingəçevir şəhərində doğulan Adil Adilzadə Tərtərdə yerləşən N saylı Hərbi Hissənin müddətdən artıq həqiqi hərbi xidmət edən hərbi qulluqçusu (MAHXHQ) olub. Aprelin 11-də Mingəçevirdə dəfn mərasimi keçirilən Adil Adilzadə Tərtər istiqamətində gedən döyüşlərdə yoldaşları ilə birlikdə 17 erməni hərbçisini məhv edib. O, hərbi xidmətdəki işinə yenicə başlamışdı. Qarşı-qarşıya döyüşdə əsgərimizlə bacarmayan düşmən onu snayperdən açılan atəşlə şəhid edib.

Cebhe.info