Türkiyədə 15 iyul hərbi çevriliş cəhdindən sonra FETÖ-yə qarşı başlayan nəhəng əməliyyat davam edir. Türkiyədə 15 iyul hərbi çevriliş cəhdindən sonra FETÖ-yə qarşı başlayan nəhəng əməliyyat davam edir.

Gülənin kassiri qaçaq düşdü - 51 milyon ələ keçirildi

Türkiyədə 15 iyul hərbi çevriliş cəhdindən sonra FETÖ-yə qarşı başlayan nəhəng əməliyyat davam edir.


AzNews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, əməliyyat çərçivəsində Qaçaqmalçılıqla Mübarizə Şöbəsinin polisləri FETÖ-nün təhsil və maliyyə sahəsində kassalarını idarə edən Murat Kılıçın məkanlarına basqın edib. Təşkil edilən basqınlarda pul kuryeri olduğu müəyyən edilən 4 nəfər və 50 milyon türk lirəsi çek-sənəd və 1 milyon türk lirəsi nağd pul ələ keçirilib.

Qaçaq olan Murat Kılıçın isə axtarışları davam edir.

Aydan AXUNDOVA