Yerevanda leysan yağmasına baxmayaraq “Azadlıq” meydanında post-patrul alayını ələ keçirib 15 gündən sonra təslim olan silahlı qruplaşmaya dəstək mitinqi keçirilir. Yerevanda leysan yağmasına baxmayaraq “Azadlıq” meydanında post-patrul alayını ələ keçirib 15 gündən sonra təslim olan silahlı qruplaşmaya dəstək mitinqi keçirilir.

Yerevanda üsyançılara dəstək mitinqi keçirilir

Yerevanda leysan yağmasına baxmayaraq “Azadlıq” meydanında post-patrul alayını ələ keçirib 15 gündən sonra təslim olan silahlı qruplaşmaya dəstək mitinqi keçirilir.


Mitinqi kinorejissor Tiqran Xemalyan aparır.

O, Ermənistan hakimiyyətini, eləcə də Rusiyanı müstəmləkə siyasəti yürütməkdə və silahlı qruplaşmanı "Rusiyanın hərbi əsirləri" adlandırıb.

Xemalyanın çıxışı bəzi nümayişçiləri hirsləndirib. Bir qadın qışqırmağa başlayıb. Kinorejissor ona bu sözlərlə reaksiya verib: "Ümid edirəm ki, sizə bu çıxışınıza görə yaxşı pul ödəyəcəklər", "KQB agenti".

Xemalyan çıxışını davam etdirərkən bir neçə nəfər "Get" deyə qışqırıb. O isə cavabında həmin şəxsləri qul adlandırıb.


Modern.az