Türkiyədə yeni hərbi çevriliş cəhdi ola bilər. Türkiyədə yeni hərbi çevriliş cəhdi ola bilər.

Türkiyə yeni çevriliş cəhdiylə üz-üzədirmi? - Şok mesajlar, yeni tarixə işarə

Türkiyədə yeni hərbi çevriliş cəhdi ola bilər.


AzNews.az xəbər verir ki, belə iddia ilə Türkiyə KİV_ləri çıxış edib. İddiada bildirilir ki, FETÖ üzvləri bu dəfə 14 avqust tarixində qiyam edəcəklərinə dair işarələr verməyə başlayıb.

Məlumata görə, FETÖ 15 iyuldakı hərbi çevriliş cəhdinə öncədən işarə edib və buna intensiv şəkildə hazırlaşıbmış. Sosial mediada Gülən və FETÖ üzvlərinin müxtəlif mesajlarla, təşkilatın mətbuat orqanlarının isə simvollarla 15 iyul tarixinə diqqət çəkdiyi qeyd olunur. Zaman qəzetinin 9 ay öncə yayımlanan SOS siqnalı və ardından gülən uşaqlı reklam çarxının da çevriliş cəhdinə işarə olduğuna dair fikirlər mövcuddur.



İnkubator mesajı

Gülən son açıqlamasında isə tərəfdarlarına "səbr edin" təlimatı verib. Mesajında "inkubator" misalı verən Gülən "Nə qədər ağır gəlirsə gəlsin, dişini sıx və səbr et. Gözləntilər qarşısında inkubatorda yumurtaların 20 gün çevrildiyi kimi səbr et" deyib. Son açıqlama və internetdəki şərhlər "FETÖ 14 avqustamı işarə edir?" sualını meydana gətirib.


14 avqust tvitləri

Baş nazirlikdə mütəxəssis kimi xidmət edən və FETÖ-yə məlumat sızdırdığı şübhəsilə saxlanılan Akif Mustafa Koçyiğit adına açılan "Twitter" hesabından paylaşılan son tvitdə də bu tarixə işarə edildiyi görünüb.




Son video ölüm hədəsidirmi?

Gülənin dünən internetdə yerləşdirilən videosunda təhdid mesajları var. Gülən son açıqlamasında "Ey ona-buna hücum edən insan. Müxtəlif şeylərlə zəhərlənən insan. Sabaha çıxacağına təminat yoxdur. Beyin qan sızması ağır çəkic kimi enib, alıb götürə bilər. Heç düşünmədiyin yerinə "xərçəng" ilişər, alıb götürər. Qəfildən gəlib dəyər".


Aydan AXUNDOVA