Moskvada polislər “Mercedes”i evakuatorun yardımı ilə oğurlamaq cəhdində şübhəli bilinən azərbaycanlını saxlayıblar. Moskvada polislər “Mercedes”i evakuatorun yardımı ilə oğurlamaq cəhdində şübhəli bilinən azərbaycanlını saxlayıblar.

Azərbaycanlı evakuatorla avtomobil oğurlamağa cəhd etdi - Moskvada

Moskvada polislər “Mercedes”i evakuatorun yardımı ilə oğurlamaq cəhdində şübhəli bilinən azərbaycanlını saxlayıblar.


Bu barədə hüquq-mühafizə orqanlarında olan mənbə bildirib.

Oğurluğa dair cinayət işi açılıb.

Polisə əslən Çeçenistandan olan bir nəfər müraciət edərək naməlum şəxsin onun təxminən 1 milyon rubl dəyərində olan maşınının oğurlamağa cəhd edildiyini bildirib. Avtomobil mühafizə edilməyən Sivaşskaya küçəsində park edilib.

Hadisə yerində şübhəli bilinən şəxs saxlanılıb.

"Kişi evakuator çağıraraq sürücünü maşının ona məxsus olduğuna inandıraraq "Mercedes"i oğurlamağa cəhd etməkdə şübhəli bilinir", - mənbə bildirib və qeyd edib ki, əməliyyatçılar cinayətin qarşısını alıblar.


Oxu.Az