İranda canlı yayımda hava proqnozunu təqdim edən qadın müxbir qəfildən yerə yıxılıb. İranda canlı yayımda hava proqnozunu təqdim edən qadın müxbir qəfildən yerə yıxılıb.

Müxbir canlı yayımda özündən getdi - Video

İranda canlı yayımda hava proqnozunu təqdim edən qadın müxbir qəfildən yerə yıxılıb.


Dövlət televiziyasının birinci kanalında canlı olaraq ölkədəki hava durumunu çatdıran müxbir Masumə Əhmədi cümləsini tamamlaya bilmədən qəfildən özündən gedib.

Studiyada xəbərləri aparan müxbir "deyəsən əməkdaşımıza nə isə oldu" deyərək, canlı yayıma davam edib.

Məlumata görə, canlı yayımdan öncə müxbir qadın isti havada uzun müddət qaldığı üçün halı pisləşib. Hazırda vəziyyəti yaxşıdır.


Musavat.com