Türkiyədə Milli Kəşfiyyat Təşkilatı (MİT) FETÖ-cülərin çevriliş cəhdi öncəsi və sonrası istifadə etdiyi “Eagle” və “ByLock” adlı mesajlaşma tətbiqetmələrinin şifrəsini qırıb. 100 milyondan çox kriptoqramlı yazışma ələ keçirilib. Türkiyədə Milli Kəşfiyyat Təşkilatı (MİT) FETÖ-cülərin çevriliş cəhdi öncəsi və sonrası istifadə etdiyi “Eagle” və “ByLock” adlı mesajlaşma tətbiqetmələrinin şifrəsini qırıb. 100 milyondan çox kriptoqramlı yazışma ələ keçirilib.

Tətbiqetmələr sındırıldı - 100 milyon yazışma ələ keçdi

Türkiyədə Milli Kəşfiyyat Təşkilatı (MİT) FETÖ-cülərin çevriliş cəhdi öncəsi və sonrası istifadə etdiyi “Eagle” və “ByLock” adlı mesajlaşma tətbiqetmələrinin şifrəsini qırıb. 100 milyondan çox kriptoqramlı yazışma ələ keçirilib.


AzNews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, ortaya çıxan məlumatlara əsasən, kriptoqramlı yazışmalardan istifadə edən 56 min FETÖ üzvünün kimliyi müəyyən edilib. "Eagle" və "Bylock" vasitəsilə 150 min nəfərin yazışdığı, bu şəxslərin kimliklərinin də ən qısa müddətdə ifşa ediləcəyi bildirilib. 15 İyul gecəsi Türkiyə Böyük Millət Məclisini, Özəl Hərəkat İdarəsinin binasını bombalayan, MİT-ə, Baş Qərargaha vertolyotla hücum təşkil edən, İstanbul ilə Ankarada mülki vətəndaşları qətlə yetirən "darbeci"lərin necə ifadə verməli olduğu bildirilən yazışmalar da ələ keçirilib. Bu yazışmalarda yer alan "Necə ifadə verməliyik" hissəsində "Mübahisə etmədən zəminə görə duruş göstərilməlidir. Yerinə görə fikrində təkid etmək, yerinə görə güzəştə getmək olar. Hər bir insan üçün subyektiv meyarlar var. Bu zaman dəyərləndirib qərar verilməlidir. Əgər təhlükə yoxdursa, mümkün qədər heç bir iddianı qəbul etməmək, qəti şəkildə rədd etmək lazımdır" deyilir.

Yazışmalar, FETÖ-nün çevriliş, terror və daxili işğal hərəkatını təşkilat kimi üzərinə götürməsi anlamına gəlir.



Üç mərtəbəli şifrələmə

MİT-in Kiber Cinayətlərlə Mübarizə İdarəsindəki texniki mütəxəssislərin ifşa etdiyi yazışmaların üç mərtəbəli (istifadə edən şəxs, proqram və server üzərindən) kriptolandığı, əlavə olaraq VPN ilə qoruma təmin olunduğu müəyyən edilib. Mütəxəssislər xoflu şəkildə şifrələnmiş yazışmaların məzmununun ortaya çıxarılmasının möcüzə olduğunu bildirib. FETÖ-nün real həyatdakı təşkilatlanması kimi, yazışmalarda da hüceyrə tipli konfiqurasiyanın istifadə edildiyi və bunun sayəsində təşkilat üzvlərinə ötürülməsinə mane olmağa çalışdığı bildirilib. "Bylock" adlı kriptoqramlı mesajlaşma tətbiqinin şifrələri ilk olaraq qış aylarında qırılıb. Mütəxəssislər sistemə girərkən istifadə olunan VPN tətbiqinin məlumatlarını də ələ keçirərək "Bylock"u istifadə edən şəxslərin müəyyənləşdirilməsini təmin edib. Tətbiqetmədə kriptoqramlı mesajlaşma və elektron məktublara aid 100 milyondan artıq məlumat ələ keçirilib, ələ keçirilən şifrəli mesajların 90 faizinin kriptoqramı açılıb və məzmunu əldə edilib.



Kabus insan konsepsiyası

"Bylock" tətbiqinin göstəricilərinin əldə edilməsini başa düşən təşkilat "Eagle" adlı tətbiqetməni tərsinə mühəndislik adı verilən üsulla istifadə edib. "Eagle" alt quruluşu istifadə edilərək "Line", "Whatsapp" və "Tanqo" görünüşlü tətbiq etmələri istehsal edib, istifadə etməyə başlayıb. Bu tətbiqetmələrin sadəcə loqo və adlarının orijinal olduğu, "Eagle"dan texniki baxımdan hər hansı bir fərqinin olmadığı, kommunikasiyanın yenə kriptoqramlarla təmin olunduğu müəyyən edilib. "Eagle"da da üç mərhələli şifrələmə texnikasının istifadə edildiyi, tətbiqetmədə kabus insan konsepsiyasının yaradılması məqsədilə istifadə edənlərin ad, soyad, telefon məlumatlarının qeydə alınmadığı, hər istifadəçiyə bir kod verildiyi məlum olub. MİT tətbiqetmənin nöqsanı vasitəsilə sistem serverlərinə göndərilən mesajları və göndərənləri ələ keçirib. Bundan başqa, sistemin səhv şifrə ilə daxil olduqda bütün məlumatları sildiyi qeyd olunub.

"Eagle" göstəricilərinin 60 faizinin kriptoqramı açılıb.



Aydan AXUNDOVA