02:18
(077) 610-22-33

Türkiyədə terror - 1 ailənin 2 üzvü öldü, 1-i yaralandı

  • >
1 344 6 Avqust 2016 12:38 | Region

Türkiyədə daha bir terror aktı törədilib.


AzNews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Şırnakda kənd camaatının növbətçi postlarına PKK tərəfindən yerləşdirilən minalar uzaqdan idarəetmə vasitəsilə partladılıb.

Hadisə nəticəsində eyni ailədən olan İdris Aslan və Recep Aslan vəfat edib. Fesih Aslan isə yaralanaraq xəstəxanaya çatdırılıb. İlkin yardımdan sonra yaralı Şırnak hərbi xəstəxanasına göndərilib. Bölgədə geniş əməliyyat başlayıb.

Aydan AXUNDOVA
Bağla X