01:21
(077) 610-22-33

Füzulidə iqtisadi inkişafla bağlı müşavirə

  • >
1 877 13 Avqust 2016 10:10 | Region

Horadiz şəhərində Muğam Mərkəzində rayonda kənd təsərrüfatının daha da inkişaf etdirilməsi, sosial-iqtisadi inkişafın sürətləndirilməsi və əhaliyyə göstərilən xidmətin keyfiyyətinin artırılmasına həsr olunan müşavirə keçirilib.


AzNews.az xəbər verir ki, müşavirədə rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, rayonun idarə, müəssisə təşkilat rəhbərləri, inzibati ərazi dairələri üzrə nümayəndələr, bələdiyyələr, sahibkarlar, kənd təsərrüfatı məhsulları istehsalçıları və ictimaiyyət nümayəndələri iştirak edib.

Müşavirədə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev prezident İlham Əliyevin rəhbərliyi altında respublikamızda həyata keçirilən uğurlu sosial-iqtisadi siyasətdən danışıb.

Alı Alıyev qeyd edib ki, rayonda kənd təsərrüfatı məhsulları istehsalının artırılması, pambıqçılığın və baramaçılığın inkişaf etdirilməsi, həyətyanı və pay torpaqlarından səmərəli istifadə olunması ilə bağlı artıq konkret işlər görülür.

"Ötən il rayonda 35 min 818 hektarda taxıl yetişdirilib və rayon tarixində ilk dəfə olaraq 120 min 337 ton taxıl tədarük edilib. Dövlət başçısının respublikada ənənəvi təsərrüfat sahələri olan pambıqçılığın və baramaçılığın inkişaf etdirilməsi, əhalinin bu sahənin hesabına məşğulluğunun təmin olunması barədə tapşırıqlarına uyğun olaraq cari ildə rayonda 505 hektar sahədə pambıq əkilib. Növbəti ildə isə bu rəqəmin 1500 hektara çatdırılması nəzərdə tutulur. Bu il uzun fasilədən sonra rayonda baramaçılığın inkişafına başlanılıb və 3 tondan artıq barama istehsal olunub. Növbəti ildə bu rəqəmin 30 tona çatdırılması planlaşdırılır. Bunun üçün hazırlıq işlərinə başlanılıb. Rayonun kəndləri üzrə kümçülər müəyyənləşdirilib. Rayon ərazisində olan tut ağacları budanıb. Payızda əlavə çəkil ağaclarının əkilməsi nəzərdə tutulub.",-deyə Alı Alıyev bildirib.

Diqqətə çatdırılıb ki, rayonun kənd təsərrüfatı məhsulları istehsalçıları üçün Zobucuq qəsəbəsi ərazisində bazarın tikintisi başa çatmaq üzrədir. Horadiz şəhərində 10 hektar ərazidə istixana kompleksinin inşasına başlanılıb. Rayonun Haramı ərazisində 4 min hektar sahədə iri taxılçılıq təsərrüfatının və 10 hektar ərazidə sənaye məhəlləsinin yaradılması üçün hazırlıq işləri görülür. Sənaye məhəlləsini xammalla təmin edəcək 2700 hektar sahə müəyyənləşdirilib. Burada soya, qarğıdalı, pambıq və digər bitkilər becəriləcək.

Müşavirədə növbəti il üçün taxıl, bambıq əkini, barama saxlanması ilə bağlı məsələlər müzakirə edilib, əhalinin elektrik enerjisi, qaz, içməli və təsərrüfat suyu ilə təminatı, sosial problemlərinin həlli, yol infrastrukturunun yaxşılaşdırılması, səhiyyənin, təhsilin, sahibkarlığın inkişafı, süni qiymət artımının qarşısının alınması məsələləri ətraflı təhlil olunaraq, qarşıda duran vəzifələr müəyyənləşdirilib.




Bağla X