Avqust ayının 15-də Lənkəran rayonunun İstisu qəsəbəsində Yayım Assosiasiyasının yeniyetmə-gənclərlə görüşü keçirilib. Avqust ayının 15-də Lənkəran rayonunun İstisu qəsəbəsində Yayım Assosiasiyasının yeniyetmə-gənclərlə görüşü keçirilib.

Lənkəranda gənclərə kitablar paylanıldı - Qarabağla bağlı

Avqust ayının 15-də Lənkəran rayonunun İstisu qəsəbəsində Yayım Assosiasiyasının yeniyetmə-gənclərlə görüşü keçirilib.


AzNews.az xəbər verir ki, görüşdə İstisu qəsəbəsinin hərbi xidmət yaşına çatan gəncləri, qəsəbədən olan Qarabağ müharibəsi veteranları, şəhid ailələrinin üzvləri iştirak ediblər.



Tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən "Qarabağı unutma-cənub bölgəsində gənclərin vətənpərbərlik hissinin artırılmasına dair tədbirlərin təşkili" layihəsi çərçivəsində baş tutub. Şəhidlərin ruhunun bir dəqiqəlik sükutla yad edilən tədbiri "Yayım" Assosiasiyasının prezidenti, layihənin rəhbəri Yaşar Zeynalov açıb.



Layihənin mahiyyəti və vacibliyi haqqında məlumat verən Y. Zeynalov iştirakçılara təşkilatın 2014-cü ildən bəri gənclərdə vətənpərvərlik ruhunun artırılması ilə bağlı keçirdiyi yığıncaq və görüşlərdən danışıb və alınan nəticələrin cənub bölgəsində də səmərə verəcəyini qeyd edib. Gənclərlə görüşdə layihənin ekspertləri araşdırmaçı-pedaqoqlar İldırım Şükürzadə və Elsevər Həsənov çıxış edərək erməni xəyanəti nəticəsində başlanan Qarabağ müharibəsi, işğal altında olan Azərbaycan torpaqları, bu torpaqlar uğrunda şəhid olan şəhidlərimiz haqqında məlumat verilib.

Tədbirdə iştirakçılara Qarabağ müharibəsi və onun acı nəticələrindən bəhs edən kitablar, üzərində Azərbaycan ərazilərinin işğal tarixləri qeyd edilən dəftərçə və üzərində "Qarabağı unutma" sözü həkk olunan qələm hədiyyə edilib.

Tədbirin sonunda iştirakçılar Lənkəran rayonunun İstisu qəsəbəsində salınan "Şəhidlər bağı"na gəlib, burada şəhidlərin abidəsi önünə gül-çiçək qoyubar.