Türkiyənin Şanlıurfa vilayətində zirehli polis avtomobilinin keçdiyi zaman partlayış baş verib. Türkiyənin Şanlıurfa vilayətində zirehli polis avtomobilinin keçdiyi zaman partlayış baş verib.

Türkiyədə daha bir partlayış - Ölən və yaralılar var

Türkiyənin Şanlıurfa vilayətində zirehli polis avtomobilinin keçdiyi zaman partlayış baş verib.


Viranşehir-Şanlıurfa şosesində terrorçuların yola basdırdığı partlayıcı qurğu işə düşüb.

Partlayış nəticəsində 1 polis əməkdaşı həlak olub, 3-ü yaralanıb.

Terrorçuların tutulması üçün bölgədə əməliyyat başlayıb.


APA.az