15:20
(077) 610-22-33

AXCP üzvünün və övladının öldüyü dəhşətli qəzadan - Video

  • >
5 136 22 Avqust 2016 12:21 | Region

AXCP üzvünün və azyaşlı övladının öldüyü qəzanən görüntüləri yayılıb.


AzNews.az xəbər verir ki, Сəlilabadda baş verən ağır qəzada bir ailənin iki üzvü dünyasını dəyişib, digər iki üzvü isə ağır yaralanıb.

Hadisə Cəlilabad-Cəngan avtomobil yolunun Suluçeşmə kəndindən keçən hissəsində baş verib. Rayon sakini Firdovsi Məlikov "VAZ – 21 07" markalı avtomobili ilə hərəkətdə olarkən sərt döngədə idarəetməni itirib. Avtomobil bir neçə dəfə fırlanaraq yol kənarına düşüb.

Nəticədə sürücü və onun 7 aylıq övladı Rəşid Məlikov dünyasını dəyişib. Firdovsi Məlikovun həyat yoldaşı Təranə Məlikova və digər azyaşlı övladı Kəmaləddin Məlikov yaralı halda Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda onların vəziyyəti orta ağır olaraq qalır.

Region TV-nin hadisə yerindən hazırladığı reportajı təqdim edirik:










Bağla X