15:24
(077) 610-22-33

Ukrayna Putin və Medvedevə cinayət işi açır

  • >
2 262 22 Avqust 2016 20:52 | Region

Ukrayna Baş Prokurorluğu Rusiya prezidenti Vladimir Putin və Baş nazir Dmitri Medvedevə qarşı cinayət işi açmağa hazırlaşır.


Bu barədə Ukraynanın baş prokuroru Yuri Lutsenko "112 Ukrayna" kanalına müsahibəsində bildirib. Onun sözlərinə görə, bu proseslə bağlı artıq iş aparılır.

Y. Lutsenko qeyd edib ki, rəsmi Kiyev Rusiya Müdafiə naziri Sergey Şoyqu da daxil olmaqla 18 yüksək vəzifəli şəxs barəsində axtarış elan edib. Onlar dövlət çevrilişinə və terror təşkilatı yaratmağa cəhddə, həmçinin müharibə təbliğatı və bir sıra digər cinayətlərdə təqsirləndirilirlər.


AzVision.az
Bağla X