Ermənistanın İstintaq Komitəsi atası öləndən sonra qızının özünü təcili yardım maşınından atıb intihar etməsi ilə bağlı cinayət işi qaldırıb. Ermənistanın İstintaq Komitəsi atası öləndən sonra qızının özünü təcili yardım maşınından atıb intihar etməsi ilə bağlı cinayət işi qaldırıb.

Ermənistanda qız özünü təcili yardım maşınından atıb öldü

Ermənistanın İstintaq Komitəsi atası öləndən sonra qızının özünü təcili yardım maşınından atıb intihar etməsi ilə bağlı cinayət işi qaldırıb.


Faciə avqustun 21-də Kotayk vilayətində qeydə alınıb.

Axşam saat 20 radələrində Çarentsavan polisinə şəhərin tibb mərkəzindən bu hadisə ilə bağlı məlumat daxil olub. Həmin gün təcili yardım maşını çağırışla Yerevan-Sevan şossesinin 31-ci kilometrliyndə "Samand" markalı avtomobilin sürücüsünün özünü pis hiss etməsi səbəbindən gedib. Ancaq xəstəxanaya gedəndə kişi maşında ölüb.
Sonradan müəyyən edilib ki, həmin təcili yardım maşınında ölən kişinin qızı da olub. O, atasının öldüyünü görəndən sonra qapını açaraq özünü avtomobildən atıb. Qız hadisə yerindəcə ölüb.


Modern.az