00:12
(077) 610-22-33

Türkiyədə daha bir terror aktı - 11 ölü, 78 yaralı (Yenilənib 2 + Fotolar)

  • >
6 587 26 Avqust 2016 12:27 | Region

Türkiyədə daha bir terror aktı törədilib.


AzNews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Cizrədə polis bölməsinin yaxınlığında bomba yüklü maşın partladılıb. PKK silahlıları tərəfindən həyata keçirilən terror aktı nəticəsində çox sayda insan yaralanıb. Yaralılar xəstəxanaya çatdırılıb.

Hücum nəticəsində Çevik Polis Dəstəsinin binasına ciddi ziyan dəyib.

10:04
***


Polis bölməsinə təşkil edilən terror aktı nəticəsində 9 nəfər ölüb, 64 nəfər isə yaralanıb.

AzNews.az xəbər verir ki, bu barədə Reuters məlumat verib.

Türkiyə Səhiyyə Nazirliyi hadisə baş verən yerə 12 təcili tibbi yardım maşını və 2 helikopter cəlb edildiyini bildirib.

10:24
***


Cizrədə baş verən terror aktı qurbanlarının sayı artıb.

AzNews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, hadisə nəticəsində 11 nəfər ölüb, 78 nəfər isə yaralanıb.

Aydan AXUNDOVA


Bağla X