Rusiyada baş nazir Dmitri Medvedevin əvəzlənəcəyi ilə bağlı proqnozlar buna qədər verilib. Rusiyada baş nazir Dmitri Medvedevin əvəzlənəcəyi ilə bağlı proqnozlar buna qədər verilib.

Putinin yeni varisi açıqlandı

Rusiyada baş nazir Dmitri Medvedevin əvəzlənəcəyi ilə bağlı proqnozlar buna qədər verilib.


Hakimiyyətdə gözlənilən ciddi kadr dəyişiklikləri ilə bağlı konkret faktlar da var.
Məsələn, Rusiya prezidentinin rəsmi varisinin elan ediləcəyi haqda maraqlı iddia irəli sürülür.

Məlumatda qeyd edilir ki, prezident Vladimir Putinin rəsmi varisi Tula vilayətinin qubernatoru vəzifəsini icra edən Aleksey Dyumin olacaq.

Hökumətin yeni başçısına gəldikdə, Anton Vaynonun adı çəkilir. İndiki baş nazir Dmitri Medvedevin Ali Məhkəmənin sədri təyin ediləcəyi ehtimalının çox yüksək olduğu vurğulanır.

Vaynonun hökumətə gedişindən sonra Prezident Administrasiyasının boş qalan kürsüsünü Vyaçeslav Volodinin tutacağı söylənilir.

Müdafiə naziri Sergey Şoyqu Təhlükəsizlik Şurasının katibi olacaq. Sergey Kujeqetoviçi Anatoli Eduardoviç Serdyukov əvəzləyəcək. Səhiyyə naziri postunun Qennadi Onişenkoya veriləcəyi istisna deyil. İdman nazirliyi postunu tutmaq İrina Viner-Usmanovaya nəsib olacaq. Söylənilənlərə görə, Qerman Qref baş nazirin müvaini gətiriləcək.


Modern.az