Cəlilabad rayonunda gənc qadını ilan sancıb. Cəlilabad rayonunda gənc qadını ilan sancıb.

Gənc qadını gürzə sancdı - Cəlilabadda

Cəlilabad rayonunda gənc qadını ilan sancıb.


Hadisə rayonun Musalı kəndində qeydə alınıb.

Belə ki, həmin kəndin sakini Esmira Tarverdiyeva həyətdə paltar sərərkən ilan onun ayaq nahiyyəsindən sancıb. E.Tarverdiyevanın qışqırıq səsinə gələn yaxınları ilanı zərərsəzləşdirə biliblər.

Məlum olub ki, qadını sancan ilan gürzədir. E.Tarverdiyeva atası tərəfindən Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Lakin onun səhhəti pisləşdiyi üçün təcili tibbi yardımla paytaxta göndərilib.

Report.az