Tovuzda əsən güclü külək bir neçə qəbir daşını aşırıb. Tovuzda əsən güclü külək bir neçə qəbir daşını aşırıb.

Güclü külək qəbir daşlarını aşırdı

Tovuzda əsən güclü külək bir neçə qəbir daşını aşırıb.


AzNews.az Region TV-yə istinadən xəbər verir ki, hadisə rayonun Ağdam kəndində yerləşən qəbristanlıqda baş verib.

Yerli sakinlərin sözlərinə görə, güclü külək gecə saatlarında əsməyə başlayıb.

Səhər saatlarında məzarlığa gələnlər 10-a yaxın başdaşının aşdığını görüblər.

Qəbristanlıqda əsasən Yuxarı Öysüzlu və Ağdam kənd sakinləri dəfn edilir.