Gədəbəy rayonunun Hacılar kəndi sahəsində torpaq sürüşməsi 4 ay əvvəl baş verib. Gədəbəy rayonunun Hacılar kəndi sahəsində torpaq sürüşməsi 4 ay əvvəl baş verib.

Gədəbəydə sürüşmə - Əhalinin rayon mərkəzi ilə əlaqəsi kəsildi + Foto (Yenilənib)

Gədəbəy rayonunun Hacılar kəndi sahəsində torpaq sürüşməsi 4 ay əvvəl baş verib.


Bunu Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti Oqtay Bayramov deyib.

O.Bayramov bildirib ki, baş verən torpaq sürüşməsi Hacılar və Əyridərə kəndləri arasındakı əlaqəni kəsib: "4 ay əvvəl baş vermiş torpaq sürüşməsi nəticəsində Hacılar və Əyridərə kəndləri arasında torpaq yığışdığından əlaqə kəsilib. İki kəndin arasındakı yolun bərpası istiqamətində işlər aparılacaq. Sadəcə Gədəbəy Rayon İcra Hakimiyyətindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə bildiriblər ki, o sahədə işlərin görülməsi üçün yağışlı havaların olmamasını gözləyirlər. Daha sonra texnika ilə çökmüş torpağı süpürüb iki kənd arasındakı gediş-gəlişi bərpa edəcəklər".

Lent.az

***
11:31

Gədəbəy rayonunun Hacılar kəndi sahəsində torpaq sürüşməsi baş verib.

Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun Azərbaycanın iqtisadi və siyasi coğrafiyası şöbəsinin müdiri Nəriman Paşayev məlumat verib.

Onun sözlərinə görə, kənd ərazisində torpaq sürüşməsi iyun ayından başlayıb: "Son vaxtlar sürüşmə daha da fəallaşıb. Nəticədə Hacılar kəndinin rayon mərkəzi ilə və digər kəndlərlə əlaqəsi kəsilib. Hadisə nəticəsində kəndin 5 hektardan çox biçənək və kartof əkin sahəsi yararsız hala düşüb. Sürüşmə kəndin ərazisində 10 yerdə baş verib. Amma Hacılar kənd dairəsinin Əyridərə kəndi ərazisində baş verən sürüşmə nəticəsində daha böyük çökmə baş verib. Çaykənarı deyilən ərazidəki bəzi evlərdə çatlar əmələ gəlib. Bundan başqa, kəndin yeganə avtomobil yolunun 200 metrdən çox hissəsi çöküb. Hazırda əhalinin gediş-gəlişi dayanıb. Əhali nəinki avtomobil yolu ilə, piyada yolu ilə də hərəkət edə bilmir. Çökmənin eni 30 metr, dərinliyi 5 metr, uzunluğu 50 metrdir".

N.Paşayev bildirib ki, adıçəkilən kənd Ermənistanla sərhədin 1 kilometrliyində yerləşir: "Hazırda həmin ərazidən gəlirəm. Əhali çox əziyyət çəkir. Bu barədə rayon İcra Hakimiyyətinə və Fövqəladə Hallar Nazirliyinə müraciət etmişəm".

Trend.az