04:22
(077) 610-22-33

Təbrizdə polis evlərə hücum edib

  • >
389 3 Dekabr 2012 08:58 | Region

İran ölkə əhalisini informasiya blokadasında saxlamaq üçün tədbirləri daha da sərtləşdirib. Xarici ölkələrlə, xüsusən də Azərbaycanla olan telefon əlaqələrinə məhdudiyyətlər tətbiq edilib. Son günlər isə Təbrizdə polis evlərə hücum edərək məhkəmə qərarı olmadan axtarış aparır.

AzNews.az-a daxil olan məlumata görə, axtarışın səbəbi peyk antenalarından istifadənin qarşısını almaqdır. Məhkəmə qərarı olmadan evlərə hücumlara şəhərin "Şahnaz", "Tərbiyət", "Risalət", "Vəliəsr" adlanan ərazilərində daha çox rast gəlinir.

Polislər peyk antenalarını sökməklə yanaşı, evlərdəki kompyuterlərə qanunsuz baxış keçirərək bəzi bilgisayarları özləri ilə aparırlar.

Alpər Oğuz
AzNews.az
Bağla X