21 Azər çağırışı yayıldı

Güney Azərbaycan İstiqlal Partiyası çağırış yayıb. 21 Azərin 67-ci ildönümünün yaxınlaşdığını bildirən partiya güneyliləri bu aksiyalara dəvət edir:

- ölkədə və xaricdə İrana etiraz mitinqləri keçirmək;

- milli hökümətin tarixi ilə bağlı seminar, konfrans, toplantılar keçirmək, film və əsərləri geniş yaymaq;

- 21 Azər münasibətilə "Biz gələcəyik" şüarlı təbrik mesajları, bəyanatlar yaymaq;

- divarlara "Yaşasın milli hökumətimizin xatirəsi", "Yaşasın Azərbaycan", "Biz qəhrəman türklərik, farslara baş əymərik" kimi şüarlar yazmaq;

- şənlik mərasimləri keçirmək;

- şəhidlərimizi anmaq.

1945-ci il azər ayının 21-də (dekabrın 12-si) Seyid Cəfər Pişəvərinin başçılığı ilə Təbrizdə Azərbaycan milli hökuməti qurulub. Milli hökumət bir il sonra süquta uğradılıb. Seyid Cəfər Pişəvəri 1947-ci ildə Azərbaycanda müəmmalı avtomobil qəzasında həlak olub.

AzNews.az