Qar Rusiyanı iflic edib

Rusiya baş nazirinin birinci müavini Dmitri Roqozin paytaxt Moskvada "M10" (Moskva- Sankt-Peterburq) şosesində baş verən tıxaclara görə Dövlət Yol Polisin ittiham edib.

O, bildirib ki, yol polisi öz işinin öhdəsindən gələ bilmir: "Əlbəttə, bu onların günahıdır. Şosseni təmizləmək üçün mövcud olan texnikanın heç yarısından belə istifadə etməyiblər. " Dmitri Roqozin bu barədə Rusiya baş naziri Dmitri Medvedevin yanında keçirilən müşavirədə çıxışında belə deyib.

O, vəziyyətdən çıxmaq üçün hərbi birləşmələrdən istifadə etməyi təklif edib. Bildirib ki, Avropada da belə vəziyyətlərdə xüsusi hərbi bölmələrdən istifadə olunur. Baş nazir Dmitri Medvedev bu təklifə müsbət cabvab verib: "Gəlin bunu da yoxlayaq".

Baş nazir bildirib ki, bu qalınlıqda qarın yağması təbii hadisədir, "amma qarı təmizləmək üçün operativ iş görmək lazımdır ki, belə tıxac yaranmasın. "
Rusiyanın Moskva daxil olmaqla bir çox şəhərlərində güclü tıxaclar yaranıb. Hazırkı hava şəraiti yolların qardan təmizlənməsinə imkan vermir. Məsələn, Tver vilayətində tıxacın uzunluğu 191 km.-ə çatıb. 4 mindən artıq yük maşını yolda dayanıb. Gün ərzində cəmi 1-2 km. yol getmək olur.
Vəziyyət nəzarətdən çıxmaq üzrədir.

AzNews.az