Ermənistanı Sibir xorası bürüyüb

Ermənistanda Sibir xorasına yoluxma ilə bağlı 55 şübhəli hal aşkarlanıb. Artıq 10 fakt laborator müayinələr nəticəsində təsdiqini tapıb. Bu barədə məlumatı erməni mətbuatı Səhiyyə Nazirliyinə istinadən yayıb.

Nazirlikdən verilən məlumatda o da bildirilib ki, əhali hətta dəridə hansısa soyuqdəymə əlamətləri özünü göstərəndə belə həkimə müraciət edir. Hazırda Sibir xorası ilə bağlı heç kəs xəstəxana şəraitində müalicəyə cəlb edilməyib.

Elnarə
AzNews.az