Gürcüstanda azərbaycanlı ailəyə hücum oldu

Gürcüstan Respublikası Telavi rayonunun Qaracalar kənd sakini Reyhan Tənzil qızının evinə silahlı basqın olub. APA-nın Gürcüstan bürosunun "Rustavi 2" kanalına istinadən verdiyi məlumata görə, üç maskalı şəxs 54 yaşlı qadından pul və zinət əşyaları tələb edib.

Ev sahibi etiraz edəndə onun bədəninə 6 bıçaq zərbəsi vurulub. Reyhan Tənzil qızı yaxınları vasitəsilə təcili Telavi rayon xəstəxanasına yerləşdirilib.Hadisə yerinə gələn polis araşdırma aparır, cinayət işi qaldırılıb.

AzNews.az