04:44
(077) 610-22-33

İran Tolstoyu da senzurdan keçirir

  • >
364 5 Dekabr 2012 09:37 | Region

Yazıcılar senzuranın ləğvini tələb edirlər



İran yazıçı və şairləri bəyanat yayaraq kitab çapı üzərindən senzuranın ləğv olunmasını tələb ediblər.

Bəyanatı ölkədə tanınan 100-dən artıq şəxs imzalayıb. Bəyanatda deyilir ki, kitab çapına qoyulan məhdudiyyətlər, senzura ölkədə kitaba marağı azaldıb: "75 milyondan çox əhalisi olan və əhalisinin əksəriyyəti gənclərdən ibarət olan ölkədə 5 il əvvəl kitabın orta tirajı 2 min nüsxə idisə, hazırda hökumət senzurasının kəskinləşməsi sayəsində kitabların tirajı minə enib. Bu isə yazıçıların şəninə və xalqın kitaba olan sevgi və etimadına böyük zərbədir".
Bəyanat müəlliflərindən biri, şair Fərxundə Hacızadə "Yazıçı, şair zəhmət çəkib ortaya əsər qoyur, bir qrup məmur isə əsərin qol-budağını kəsib onu məhv edir. Biz bu prosesin əleyhinəyik. Biz kitab çapı üçün hər hansı lisenziya alınmasının ləğv olunmasını istəyirik" deyə açıqlamasında bildirib.

İran qanunlarına görə, yazılan kitablar çap edilməzdən əvvəl İslam İrşad və Mədəniyyət Nazirliyinə təqdim edilməlidir: "Nazirlikdə əsər oxunub araşdırılır, çox vaxt əsərin bəzi hissələri çıxarılır və ya dəyişdirilir. Yalnız bundan sonra kitabın çapına lisenziya verilir. Kitabların senzurası Mahmud Əhmədinejadın 2005-ci ildə prezident seçilməsindən sonra daha da sərtləşdirilib. Nəşriyyatçılar hətta Lev Tolstoy kimi klassik yazıçıların kitablarını yenidən çap etmək üçün hökumətdən icazə almalıdır. Nəticədə bir çox nəşriyyatçı müflis olub, bəziləri isə həbs edilib".

Alpər Oğuz
AzNews.az
Bağla X