Tehran bu tarixi Azərbaycanla həmrəylik günü elan etmək iddiasındadır Tehran bu tarixi Azərbaycanla həmrəylik günü elan etmək iddiasındadır

İranın azərbaycanlılara qarşı müdhiş 31 dekabr planı

Tehran bu tarixi Azərbaycanla həmrəylik günü elan etmək iddiasındadır



İran 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə bağlı yeni plan hazırlayır. AzNews.az "BayBak"a istinadən xəbər verir ki, rəsmi Tehran 50 milyondan artıq dünya azərbaycanlısının qeyd etdiyi 31 dekabrı İran-Azərbaycan Həmrəylik Günü elan etmək üzərində düşünür.

Məlumata görə, 31 dekabrın İranda Azərbaycanla həmrəylik günü elan etməklə dünya azərbaycanlılarının, o cümlədən 30 milyondan artıq Güney Azərbaycanlının bu günü bayram etməsinə başqa don geyindirməyə çalışır: "Amma Azərbaycan milli hərəkatı işgalçı rejimin bütün planlarına qarşı yeni plan həyata keçirəcək qədər ağıllı və güclüdür. Düşmən istərsə, 31 dekabr savaşına hazırıq".

Azərbaycanda 31 dekabrın həmrəylik günü kimi dövlət səviyyəsində qeyd olunduğunu bildirən sayt İranın bu tarixi günlə bağlı iddialar ortaya atdığına diqqəti çəkib: "31 dekabr 1989-cu ildə Naxçıvanla İran sərhədindən başlayaraq bütün Azərbaycana, Güney və Quzeyə təsir göstərdi. SSRİ dağılarkən ayrı salınmış Azərbaycan torpaqlarını yenidən qovuşdurmaq üçün sərhədləri aşan soydaşlarımızın qarşısını kəsmək üçün fars rejimi Güney Azərbaycan sərhədlərinə hərbi məmurlar ezam etdi. 31 dekabr Bütöv Azərbaycanın gerçəkləşməsi üçün başlanan modern savaşın tarixi günüdür və buna görə də bütün azərbaycanlılar o günü qeyd etməkdədirlər.

Ancaq fars rejimi hər zaman tarixi təhrif etməyə çalışıb. 31 dekabrın gerçəklərini təhrif edərək, guya quzeyli soydaşlarımızın İrana qovuşmaq üçün rus dövlətindən qaçmaq istədiklərini iddia edib.

İranın dini lideri son zamanlarda yenidən "Qafqazın 17 şəhəri İranımızdan ayrılıb" deyə çıxışlar edir. Bu vəziyyətdən istifadə edən bəzi mərkəzlər 31 dekabrı "İran və Azərbaycan Respublikası Həmrəyliyi Günü elan edilməsi fikrini ortaya atmaqla diqqətləri dünya azərbaycanlıları fikrindən yayındırmağa çalışır".

Alpər Oğuz
AzNews.az