Erməni səfir əməliyyatda öldü

Ermənistanın Böyük Britaniyadakı səfiri Karine Kazinyan bu gün ABŞ-ın Los-Anceles şəhərində cərrahiyyə əməliyyatından sonra rəhmətə gedib.
APA-nın "Armtoday" xəbər agentliyinə istinadən verdiyi məlumata görə, səfir ABŞ-da müalicə alırdı.

Karine Kazinyan 1955-ci ilin yanvarın 8-də Yerevanda anadan olub. Bir vaxtlar SSRİ-nin Mozambik və Portuqaliya səfirliklərində, sonradan Ermənistanın Rumıniya və Almaniyadakı səfiri vəzifəsində çalışıb. 2009-2011-ci illərdə Ermənistanın xarici işlər nazirinin müavini olub, bundan sonra isə bu ölkənin Böyük Britaniyadakı səfiri vəzifəsinə təyin edilib.

AzNews.az