Türkiyədə FETÖ istintaqı çərçivəsində İzmir, Manisa, Şanlıurfa və Mardində əvvəlcədən müəyyən olunmuş ünvanlarda əməliyyat həyata keçirilib. Türkiyədə FETÖ istintaqı çərçivəsində İzmir, Manisa, Şanlıurfa və Mardində əvvəlcədən müəyyən olunmuş ünvanlarda əməliyyat həyata keçirilib.

Türkiyədə FETÖ üzvü olan 25 nəfər həbs edildi

Türkiyədə FETÖ istintaqı çərçivəsində İzmir, Manisa, Şanlıurfa və Mardində əvvəlcədən müəyyən olunmuş ünvanlarda əməliyyat həyata keçirilib.


AzNews.az yerli KİV-lərə istinadən xəbər verir ki, aparılan əməliyyat zamanı 33 şübhəlidən 25-i saxlanılıb. Ünvanlarında olmayan şübhəlilərin tapılması istiqamətində axtarışlar davam edir.

Saxlanılan şəxslərin evlərində aparılan axtarış zamanı çox sayda terror təşkilatına aid sənədlər və Fətullah Gülənin kitabları aşkar edilərək götürülüb.

Saxlanılanların terror təşkilatının kommunikasiya sistemi olan "ByLock"dan istifadə edərək iclaslarda iştirak etdikləri və terror təşkilatına maliyyə dəstəyi verdikləri qeyd edilib.

Aydan AXUNDOVA